Böyük Qayıdış Proqramı üçün ayrılan vəsaitin 5,2 milyard manata çatdırılması nəzərdə tutulur
Bakı, 1 avqust, AZƏRTAC
Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.