Böyük və Kiçik Qafqazın çaylarında sululuq artmışdır
Bakı, 30 may (AZƏRTAC). Ölkə ərazisində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində əsasən Böyük və Kiçik Qafqaz bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindəki Ağçaydan, eləcə də Kiçik Qafqazın Zəyəmçay-Ağbaşlar məntəqəsindən sel keçmişdir. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12, Qanıx çayının Əyriçay məntəqəsində 3 santimetr azalma qeydə alınmışdır. Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə- Surrada 303, Şirvanda 139, Salyanda 73, Bankədə 197, Araz çayının Novruzlu məntəqəsində isə 33 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]