Azərbaycan Dövlət İnformasiya Agentliyi

BP inklüziv cəmiyyətin inkişafı üçün iki yeni sosial təşəbbüsün başlandığını elan edib

BP inklüziv cəmiyyətin inkişafı üçün iki yeni sosial təşəbbüsün başlandığını elan edib

Bakı, 14 mart, AZƏRTAC

Bu gün BP “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” adından üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsün başlanmasını elan edib.

AZƏRTAC xəbər verir ki, layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Tərəfdaşlarımızla birlikdə sosial sərmayə layihələrimiz vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək, əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindəyik. Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq məqsədi var - münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən cəmiyyətin formalaşmasına yardım etmək. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihəmiz vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir”.

Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, nevroloqlar, uşaq psixiatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və sair kimi aidiyyəti şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihə Bakıdan seçilmiş 60-a yaxın mütəxəssisə ən qabaqcıl beynəlxalq nəzəriyyələri, təcrübələri və bilikləri öyrənmək, həmçinin cari tendensiyaları mənimsəmək imkanı verib. Layihənin əhatə dairəsinə beynəlxalq səviyyədə təsdiq edilmiş təlim proqramlarından istifadə etməklə milli təlimçilərin hazırlanması da daxil olub. Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415 min manat (244 min 118 ABŞ dolları) təşkil edib. Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Layihənin uğuruna əsaslanaraq, onun əhatə dairəsini genişləndirməklə kənd icmalarında da autizm mütəxəssislərinin bacarıqlarının artırılmasına dəstək vermək qərarına gəlinib. Yeni layihə Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edəcək. Layihəyə autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimlər daxildir. Gəncədə mərkəzləşəcək təlimlər beynəlxalq standartlara və təcrübələrə əsaslanan proqramlardan istifadə etməklə xarici və yerli ekspertlər tərəfindən aparılacaq. Layihənin müddəti bir il və dəyəri təxminən 98 min manat (57 min 647 ABŞ dolları) təşkil edir. Bu layihə də eyni təşkilat - “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Tamamlanmış ikinci layihə əlilliyi olan uşaqların geniş cəmiyyətə inteqrasiyasının bir hissəsi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olması üçün imkanların yaradılmasına yönəlmişdi. Layihə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsini təşviq etmək üçün nəzərdə tutulmuşdu. Layihə, həmçinin əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri təşviq etmək məqsədi daşıyırdı. İxtisaslaşdırılmış inklüziv təhsilə səmərəli keçidi təmin etmək məqsədilə layihə çərçivəsində, həmçinin Akademiyanın bir qrup müəllim və tələbəsi üçün xüsusi təlimlərin keçilməsi və eləcə də adaptiv bədən tərbiyəsi və idmanı əhatə etmək üçün Akademiyanın tədris proqramına dəyişiklik edilməsi də daxil idi. Layihənin müddəti 13 ay və dəyəri təxminən 77 min 100 manat (45 min 353 ABŞ dolları) təşkil edib. Bu layihə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçirilib.

Tamamlanmış üçüncü layihə isə məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmişdi. Layihə ümumtəhsil məktəblərində inklüziv təhsil mühiti yaratmaq və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi - Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib.

Layihə çərçivəsində əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə kömək məqsədilə qrup şəklində və fərdi qaydada xidmətlər göstərmək üçün seçilmiş məktəblərin hər birində xüsusi sinif otağı yaradılıb. Bu sinif otaqları əlilliyi olan uşaqların fərdi təhsil ehtiyaclarına cavab verən praktiki tədris və köməkçi texnologiyalar, xüsusi qurğular və mebellər, həmçinin proqram təminatı və audio-vizual vəsaitlərlə təchiz olunub.

Bundan əlavə, layihə çərçivəsində pedaqoji heyətdən seçilmiş qruplara - ümumilikdə təxminən 50 müəllimə yeni avadanlıq və texnologiyadan səmərəli istifadəni, həmçinin öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasını təmin etmək üçün təlimlər keçilib. Səkkiz aylıq layihənin ümumi dəyəri təxminən 260 min manat (152 min 941 ABŞ dolları) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi qərara alınıb. İkinci mərhələdə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla, ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə ediləcək. Layihə xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir. Bir il davam edəcək layihənin dəyəri 104 min manatdan (61 min 176 ABŞ dolları) çoxdur. Layihənin icrası eyni təşkilat - Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell“ “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib