Braziliyada sabiq prezidentin tərəfdarları parlament binasına basqın ediblər
Bakı, 9 yanvar, AZƏRTAC
Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və Milli Konqresin binasına basqın ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə "Globo" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Etirazçılar yanvarın 1-də prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.
Braziliya prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]