Britaniya günəş enerjisinə 13 milyard funt sterlinq sərmayə ayırmağa hazırlaşır
London, 30 dekabr, AZƏRTAC
Böyük Britaniya hökumətinin növbəti dörd il ərzində emissiyaların azaldılması, yaşıl enerjinin dəstəklənməsi və enerji xərclərinin aşağı salınması məqsədilə 13 milyard funt sterlinqə qədər vəsait ayıracağı gözlənilir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, energetika naziri Ed Miliband gələn ay “sıfır hesablı” yeni yaşayış evləri ilə bağlı planları açıqlamağa hazırlaşır. Bu planlara günəş panelləri, istilik nasosları və enerjisaxlama batareyaları üçün qrantların verilməsi daxildir. Həmçinin milyonlarla ev sahibinin enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq hədəflənir. Rəsmi mənbələrə görə, bəzi ev təsərrüfatları enerji üçün ya çox az məbləğ ödəyə, ya da ümumiyyətlə ödəniş etməyə bilər.
Nazirlər, həmçinin elektrik şəbəkəsinə qoşulan günəş panelləri ilə bağlı mövcud məhdudiyyətlərin yumşaldılmasını və banklarla birgə yeni maliyyələşmə mexanizmlərinin hazırlanmasını nəzərdən keçirirlər. Bu sxemlər çərçivəsində avadanlıqlar ilkin ödəniş olmadan quraşdırıla, xərclər isə 5–10 il ərzində hissə-hissə ödənilə bilər. Məlumata görə, ilkin xərclərin qarşılanmasında ən böyük dəstək aşağıgəlirli ailələrə göstəriləcək. Mütəxəssislər bildirirlər ki, bu təşəbbüslər nəticəsində bir çox ev təsərrüfatı demək olar ki, sıfıra yaxın enerji xərclərinə nail ola bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.09.2026 [17:21]
Avropada qaz ehtiyatlarının azalması enerji bazarlarında riskləri artırır
- 13.09.2026 [16:50]
İndoneziyaya məxsus bərə qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var
- 13.09.2026 [16:22]
Xorvatiyada mənzil kirayəsi qaydalarının dəyişdirilməsi təklif olunur
- 13.09.2026 [15:36]
Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır
- 13.09.2026 [13:56]
İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək
- 13.09.2026 [12:34]
Berlində avtobus ağaca çırpılıb, 15 nəfər xəsarət alıb
- 13.09.2026 [12:28]
Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər
- 12.09.2026 [23:51]
Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib
- 12.09.2026 [22:46]
Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb
- 12.09.2026 [22:32]
Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb
- 12.09.2026 [22:09]
Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib
- 12.09.2026 [21:46]
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
- 12.09.2026 [21:40]
Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub
- 12.09.2026 [21:22]
Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb
- 12.09.2026 [20:34]
Bu saata olan əsas xəbərlər
- 12.09.2026 [20:00]
Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb
- 12.09.2026 [19:31]
Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib
- 12.09.2026 [18:47]
Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 12.09.2026 [18:02]
Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq
- 12.09.2026 [17:38]
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
- 12.09.2026 [16:09]
Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb
- 12.09.2026 [16:07]
UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib
- 12.09.2026 [15:47]
Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub
- 12.09.2026 [14:53]
Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
- 12.09.2026 [14:51]
İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
- 12.09.2026 [14:26]
Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş
- 12.09.2026 [14:06]
Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
- 12.09.2026 [14:04]
Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
- 12.09.2026 [14:02]
Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib
- 12.09.2026 [13:37]