Britaniya hökumətinin Ruandaya deportasiya planı 700 milyon funt sterlinqə başa gəlib
London, 23 iyul, AZƏRTAC
Britaniyanın daxili işlər naziri İvett Kuper Mühafizəkarlar Partiyasının uğursuzluqla nəticələnən Ruandaya deportasiya planının 700 milyon funta başa gəldiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İvett Kuper Ruanda planı ilə Britaniyada vergiödəyicilərinin pullarının israf edildiyini deyib və bunu “bahalı fırıldaq” adlandırıb. O bildirib ki, altı il ərzində keçmiş hökumət Ruandaya deportasiya planına 10 milyard funt sterlinq xərcləmək niyyətində olub.
İvett Kuper bildirib ki, 700 milyon funt sterlinqlik xərcə Ruanda hökumətinə 290 milyon funt sterlinq ödəniş, heç vaxt həyata keçirilməyən çarter reysləri, immiqrantların saxlanması və sonradan buraxılması, 1000-dən çox dövlət qulluqçusuna bu plan üzərində işləmək üçün ödəniş daxildir.
Leyboristlər iyulun 4-də Britaniyada keçirilən seçkilərdə qalib gəldikdən dərhal sonra Ruanda planını ləğv etdiyini təsdiqləyiblər.
Ruanda planına əsasən, Birləşmiş Krallığa qeyri-qanuni yollarla daxil olan immiqrantlar və ya sığınacaq axtaranlar viza müraciəti, sığınacaq və məskunlaşmaq üçün Ruandaya köçürüləcəkdi. Viza müraciəti müsbət nəticələnən şəxslər Ruandada qalacaq və onların Birləşmiş Krallığa qayıtmalarına icazə verilməyəcəkdi. İndiyədək yalnız dörd nəfər bu plan üzrə Ruandaya könüllü olaraq səyahət etmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]