BRİTANİYA MÜSƏLMANLARININ YARISI İŞSİZDİR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Britaniya hökumətinin sifarişi ilə aparılmış tədqiqata görə, ölkədə müsəlmanların işsiz qalması ehtimalı daha böyükdür. 25 yaşından yuxarı əmək qabiliyyətli əhali arasında işsizliyin səviyyəsi 4 faizdən bir az çox olduğu halda, müsəlmanlar arasında 14 faizdir. İş axtarmayanlar nəzərə alınmaqla, Britaniyanın bütün əhalisi barədə məlumata görə, bütövlükdə ölkə üzrə sakinlərin 67 faizi, müsəlmanların isə yarısı işləyir.
Digər dini qruplarla müqayisədə, müsəlmanların təhsil səviyyəsi daha aşağıdır, onlar xroniki xəstəliklərdən daha çox əziyyət çəkirlər.
İngiltərədə cəmi 1,5 milyon müsəlman yaşayır.
Hökumət söz verir ki, tədqiqatın nəticələrindən Britaniyanın bütün xalqlarına və dinlərinə bərabər imkanlar yaradılması siyasəti aparmaq üçün istifadə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]