Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib
London, 19 may, AZƏRTAC
Britaniyalı dağ bələdçisi Kenton Kul 19-cu dəfə Everest zirvəsinə qalxaraq, bu zirvəyə ən çox çıxan xarici alpinist, yəni Nepalın yerli dağ bələdçiləri olan şerpalardan olmayan şəxs kimi öz rekordunu yeniləyib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, 51 yaşlı Kenton Kul bir neçə başqa alpinistlə birlikdə dünyanın ən yüksək zirvəsi olan 8 849 metr hündürlükdəki Everest dağının zirvəsinə qalxıb.
İlk dəfə 2004-cü ildə Everestə qalxan Kul həmin vaxtdan bəri demək olar ki, hər il zirvəyə dırmanıb. O, daha əvvəl Everest, Lhotse və Nuptse zirvələrinə ardıcıl qalxaraq bazaya qayıtmadan “Everest üçlüyü”nü tamamlayan ilk şəxs olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]