Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək
London, 18 iyul, AZƏRTAC
Britaniyalı məşhur müğənni Adel növbəti konsert proqramlarından sonra musiqi fəaliyyətinə böyük fasilə verəcək.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Almaniyanın “ZDF” telekanalına müsahibəsində deyib. Müğənni musiqi ilə bağlı yeni heç bir planı olmadığını, musiqiyə uzun müddət fasilə vermək və bir müddət başqa yaradıcılıqla məşğul olmaq istədiyini qeyd edib.
Adel deyib ki, musiqiyə fasilə vermək səbəblərindən biri də hər zaman diqqət mərkəzində olmağıdır. O, musiqini sevdiyini, ancaq şöhrət məsələsinə nifrət etdiyini deyib. Müğənni məşhur olmadığı vaxtları üçün çox darıxdığını da əlavə edib.
Adel avqust ayında Munxendə 10 gün konsert verəcək. Onun Las-Veqasdakı konsert proqramının isə noyabrda yekunlaşacağı gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [15:39]
“Redaktor” adlı televiziya layihəsinə başlanılır
- 14.05.2026 [15:23]
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq
- 14.05.2026 [14:38]
Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib
- 14.05.2026 [13:58]
Səfir: Azərbaycanda fransız dilinə göstərilən maraq bizi çox sevindirir
- 14.05.2026 [13:50]
Azərbaycan–Rumıniya strateji tərəfdaşlığı mədəniyyət vasitəsilə güclənir
- 14.05.2026 [12:52]
İçərişəhər tarixində ilk: Sakinlərin sistemli uçotuna başlanılıb
- 14.05.2026 [12:28]