CƏMİYYƏT
Brüsseldə intellektual oyun axşamı keçirildi
Brüssel, 2 dekabr, AZƏRTAC
Azərbaycanın Belçikadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Fireland” Belçika Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Brüsseldə “Ağsaqqal” intellektual oyun axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəl oyun haqqında məlumat verilib. Yaradıcı müəllif Günel Nəsibova bildirib ki, “Ağsaqqal” oyunu Azərbaycanın mədəniyyəti, tarixi və digər mühüm sahələrinə dair sualları əhatə edən intellektual stolüstü oyundur.
Tədbirdə Belçikada yaşayan azərbaycanlılar, həmçinin Belçika universitetlərində təhsil alan tələbələr iştirak ediblər. İştirakçılar oyun vasitəsilə Azərbaycan haqqında biliklərini sınayıblar və yeni məlumatlar əldə ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel