Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu arxivdə ən nadir səs yazıları saxlanılır - FOTOLAR

Bakı, 8 may, AZƏRTAC

Tarixi keçmişi, onun ən dərin izlərini və həqiqətləri şübhəsiz arxivlər daşıyır. Buna görə də arxivləri “tarixin yaşadığı bir məkan” da adlandırırlar. Ölkəmizdə dövlət idarəçiliyinin əsas atributlarından olan və xalqımızın mənəvi sərvətini təşkil edən arxiv 1920-ci il dekabrın 6-da Azərbaycan Xalq Komissarları sovetinin sədri Nəriman Nərimanovun dekreti əsasında yaranıb. 1968-ci ildən isə Dövlət Səs Yazıları Arxivi fəaliyyətə başlayıb. Səs Yazıları Arxivini əbəs yerə “tariximizin səs yaddaşı” adlandırmırlar. Ölkəmizdə fəaliyyət göstərən altı dövlət arxivindən biri olan həmin arxivdə xalqımızın tarixi, mədəniyyət və incəsənətinin çox dəyərli nümunələri qorunur. Hazırda arxivdə 50 min saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir və onlardan 9 mini görüntü sənədlərinə aiddir.

Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva arxivdə saxlanılan musiqi əsərləri və mədəniyyət yazıları barədə AZƏRTAC-a müsahibəsində deyib: “Arxivlər tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların və sairənin qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına xidmət edib. Səs Yazıları Arxivinin qarşısına Vətənimizin ictimai-siyasi, tarixi elm və mədəniyyətini özündə əks etdirən audio-video sənədləri, habelə dövlət, siyasi və ictimai xadimlərin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək veteranlarının, elm və incəsənət xadimlərinin, ölkəmizə gələn yüksəkvəzifəli xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub.

Bundan başqa, əməkdaşlarımız qısa vaxt ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli qrammofon valları əldə ediblər. Onlar ötən əsrin əvvəllərində dünyanın müxtəlif səsyazma şirkətləri - Riqa şəhərində fəaliyyət göstərən məşhur “Qrammofon”, Parisin “Pete” qardaşları, Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord”, habelə Kiyevin “Ekstrafon”, Tbilisinin “Monarx-Rekord”, Bakının “Qrammofon-Rekord” və başqa səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarıdır. Həmin vallarda Azərbaycan musiqisinin korifeyləri Cabbar Qarayağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev (Şəkili Ələsgər), Məcid Behbudov (dünyaşöhrətli Rəşid Behbudovun atası), Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasım, Məşədi Hilal Zeynalov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Həmid və Əsgər Malıbəyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Salyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və digərlərinin ifasında muğam, mahnı və el havaları əbədiləşib. Sayı 1500-ə qədər olan belə sənət inciləri arxivi “Qızıl fondu”nun əsasını təşkil edir. Qeyd edək ki, həmin valların hamısı 1901-1914-cü illər arasında yazılıb.

-Xalidə xanım, xalqımızın musiqi inciləri sırasında başqa hansı qiymətli yadigarları misal göstərmək olar?

-Xanəndə Aslan, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov (Qədir bala), o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı və başqaları belə sənətkarlardandır. Belə tapıntılar arxivin fondlarını zənginləşdirdiyi kimi mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir. Dini ehkamların hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyi xüsusilə maraq doğurur. Zəmanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindəki ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyinərək el şənliklərində Mirzə Güllər adı ilə sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şirvan, Gəncə, İrəvan və başqa iri şəhərlərdən gəlir. Artıq xeyli məşhur olan Mirzə Güllər xanımı Kiyevə dəvət edərək “Monarx-Rekord” Səsyazma Cəmiyyəti 1914-cü ildə onun ifasında “Mirzə Hüseyn” segahı, “Bayatı-Kürd”, “Bayatı-Şiraz” muğamlarını, “Yeri, dam üstə yeri” və başqa el havalarını qrammofon valına yazıb. Təəssüflər olsun ki, axtarışlar zamanı onun yalnız bir valı tapılıb. Lakin axtarışlar zamanı onu toy məclislərində və el şənliklərində görənlərin bir neçəsi ilə söhbətləşərək xeyli məlumat əldə edə bilmişik. Alim-yazıçı mərhum Əzizə Cəfərzadə xanəndənin keşməkeşli həyatından bəhs edən “Bir səsin faciəsi” romanını yazıb.

1910-cu ildən “Vağzalı”, “Mirzəyi”, “Tərəkəmə ”,“Əskərani” “Uzundərə” kimi oyun havaları, xanəndələrdən Cabbar Qarayağdıoğlu, Keçəçioğlu Məhəmməd və Məşədi Məmməd Fərzəliyev, həmçinin “Gülə-gülə”, “Eşq atəşi”, “Vətən şərqisi”, “Mən bir türkəm”, “Tello” və başqa xalq mahnıları vala yazdırılıb.

Maraqlıdır ki, həmin səsyazma şirkətləri vallarla bərabər onların kataloqlarını da kitabça şəklində çap edib yayırdı. Əldə edilmiş həmin kataloqlar istifadə üçün sanballı məlumat mənbəyi olduğu kimi, həmin valların axtarılıb tapılmasında da xüsusi əhəmiyyət kəsb edir.

Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir. Həmin vala “Vağzalı” və “Mirzəyi” rəqs havaları yazılıb. Rəqs havalarını Varşavanın “Sport-Rekord” səsyazma şirkətinin avropalı əməkdaşları ifa edərək vala yazdırıblar. 1910-cu ildə buraxılan həmin val musiqimizin Avropada da xüsusi maraq doğurduğunu bir daha sübut edir.

Arxivdə mühafizə edilən xeyli miqdarda səs və video yazılarında ölkəmizin mədəni irsinin ən yaxşı nümunələri toplanılıb. Bu sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Şəfiqə Axundova, ifaçılardan Rəşid Behbudov, Müslüm Maqomayev, Bülbül, Yaqub Məmmədov, Şövkət Ələkbərova, Rübabə Muradova, Lütfiyar İmanov, Yavər Kələntərli, Zeynəb Xanlarova, Fatma Mehrəliyeva, Sara Qədimova, mahir muğam ustaları Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Əbülfət Əliyev, Qulu Əsgərov, habelə ustad tarzən Bəhram Mansurov, Xalq artisti Habil Əliyev, qaboy ifaçısı Kamil Cəlilov, mahir qarmon ifaçısı Zakir Mirzəyev, görkəmli caz ustası Vaqif Mustafazadə, bir sözlə, Azərbaycanın tanınmış bəstəkar, musiqiçi və ifaçılarının canlı səsləri, həyat və yaradıcılıqlarından ibarət zəngin fono və video yazıları xüsusi dəyərə malikdir.

Bunlardan başqa, dünya klassik bəstəkarlarından və ifaçılarından Pyotr Çaykovski, Sergey Raxmaninov, Cüzeppe Verdi, Jorc Bize, Enrike Karuzo, Fyodr Şalyapin və digərlərinin yaradıcılıqları qrammofon vallarında və lent yazılarında öz əksini tapıb .

-Arxivdə saxlanılan aşıq yaradıcılığı ilə əlaqədar hansı nümunələri misal çəkmək olar?

-Aşıq yaradıcılığı musiqinin qədim və zəngin sahələrindən biridir. Əbəs yerə deyil ki, dahi Üzeyir bəy Hacıbəyli “xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır”, - deyirdi. Musiqi sənətimizin örnəyi, mədəniyyətimizin əzəli ulu ozanların sinəsində dillənən telli sazdan başlayır. Aşıqların Azərbaycan, onun dilbər guşələrinin tərənnümü, gözəllikdən, məhəbbətdən, el qəhrəmanlarından söz açan dastan və ifaları arxivin fondları arasında layiqli yer tutur. Ötən əsrin otuzuncu illərinin məşhur aşıqları Qurbanəli, Əsəd Rzayev, aşıq Mirzə Bayramov, aşıq Fətulla, aşıq Şəmşir, sonrakı illərdə Əkbər Cəfərov, Mikayıl Azaflı, Hüseyn Saraclı, Əhməd Sadaxlı, Mahmud Məmmədov, Məhəmməd Sadaxlı, Pənah Pənahov, aşıq Kamandar, aşıq Əmrah Gülməmmədov və bir çox başqa el sənətkarlarının ifa etdikləri aşıq mahnıları, saz havalarının lent yazıları, qrammofon valları və video yazıları qiymətli sənət incilərindəndir. Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq salnaməsi olan “Koroğlu” dastanının bütün qolları aşıqlarımızın ifasında bir neçə qrammofon vallarında əbədiləşib.

Bu bölmədə çox maraqlı bir val da mühafizə edilir. Həmin vala kiçikyaşlı aşıqlar Kazım Abdullayev və Allahverdi Əliyevin ifasında aşıq mahnıları yazılıb. Xeyli araşdırmadan sonra müəyyən edilib ki, 11 və 13 yaşlı Allahverdi ilə Kazım 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olan zaman səsləri yazılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib