“BU DÜNYANIN ADAMLARI” TAMAŞASINAİCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İrəvan Azərbaycan Dövlət Dram Teatrı yaradıcı kollektivinin təqdimatında yazıçı Hidayətin “Bu dünyanın adamları” əsərinin tamaşasına ictimai baxış keçirilmişdir.
Əsas rollarda xalq artisti Arif Quliyev, əməkdar artistlər Azər Mirzəyev, Süleyman Nəcəfov, aktyorlardan Vahid Əliyev, Elnarə Heydərova, Sərvər Əliyev, Qurban İsmayılov, Tünzalə Əliyeva çıxış etmişlər.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Vaqif Əsədovdur.
Baxışda müəllifdə iştirak etmişdir.