Bu gecə Yer sakinləri cari ildə son dəfə super-Ayı görəcəklər
Ay perigeydə (Yer kürəsinə ən yaxın nöqtədə) olanda o, apogeydə (Yer kürəsindən ən uzaq nöqtədə) olduğu ilə müqayisədə 14 faiz böyük və 30 faiz parlaq görünür. Ay perigeydə olarkən onunla Yer arasındakı məsafə Ayın apogeydən keçdiyi vaxtla müqayisədə təxminən 50 min kilometr yaxın olur. Bu dəfə Ayın Yerə ən çox yaxınlaşdığı vaxt Şimal yarımkürəsində astronomik payız fəslinin başlanğıcı olan gecə-gündüzün bərabərliyi ərəfəsində ayın sonuncu bədirlənməsi ilə eyni vaxta düşür.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu dəfə Yerdən Aya qədər məsafə 359,1 min kilometr olacaqdır.
Adətən super-Ayı yarım ildə bir dəfə müşahidə etmək olur. Lakin 2014-cü ildə bu hadisələr daha “bol” olub: bu gecə sayca beşinci dəfə super-Ayı müşahidə etmək olacaqdır.
Bu il yanvarın 1-də və 30-da iyulun 12-də və avqustun 10-da Ay qeyri-adi dərəcədə böyük görünüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]