Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bakı, 22 yanvar, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, matçlardan biri Bakıda, digəri Qəbələdə oynanılacaq.
Günün ilk görüşü paytaxtda “Səbail” və “Zirə” komandaları arasında olacaq. Hazırda “dənizçilər” 26 xalla beşinci, “Zirə” isə 29 xalla üçüncü pillədə qərarlaşıb.
Digər oyunda isə “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. 18 turdan sonra Gəncə təmsilçisi 14 xalla doqquzuncu, tovuzlular isə 22 xalla səkkizincidir.
Azərbaycan Premyer Liqası
XIX tur
22 yanvar
15:00. “Səbail” - “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“ASCO Arena”
17:30. “Kəpəz” - “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun açılış oyununda “Neftçi” “Sabah”la qolsuz heç-heçə edib. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” - “Sumqayıt” və “Qarabağ” - “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]