Bu gün bütün dünyada “Yer saatı” aksiyası keçirilir
Bakı, 26 mart (AZƏRTAC). Bu gün bütün dünyada “Yer saatı” (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir.
Qlobal aksiya axşam saat 20:30- da başlayacaqdır. Bu zaman evlərdə, ofislərdə işıqları, kompüterləri, reklam lövhələrini, televizorları, elektrik avadanlıqlarını bir saatlığa söndürmək təklif edilir. Aksiya müddətində dünyada 750 məşhur bina, obyekt və abidə qaranlığa bürünəcəkdir. Onların sırasında Parisdə Eyfel qülləsi, Londonda Biq Ben, Nyu-Yorkda Tayms Skver, Afinada Akropol və başqaları vardır.
Məqsəd iştirakçıların planetin gələcəyindən narahatlığını nümayiş etdirməkdir.
Xatırladaq ki, Adıçəkilən aksiya ənənəvi olaraq mart ayında keçirilir və könüllü xarakter daşıyır. ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunmuşdur. O vaxt aksiyada dünyanın 35 ölkəsinin 270 şəhərindən 50 milyondan çox insan iştirak etmişdir. 2008-ci ildə iştirakçı ölkələrin sayı 88-ə, 2010-cu ildə isə 126-ya çatmışdır.
Bu il aksiyada 134 ölkə, 4 mindən artıq şəhər iştirak edir. İctimai yerlərdə təhlükəsizlik məqsədilə quraşdırılan küçə fənərlərini, işıqları söndürmək qadağandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]