BU İL 652 MƏCBURİ KÖÇKÜN DÖVLƏTDƏN KREDİT ALMIŞDIR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat departamentindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək qaçqın və məcburi köçkünlərə kənd təsərrüfatı məhsulları istehsalından ötrü müxtəlif rayonların ərazilərində 60 min hektar torpaq sahəsi verilmiş, zəruri xərclər üçün dövlət büdcəsindən iki il müddətinə 2 faizli kredit ayrılmışdır. Ötən il bu kreditdən 393 nəfər istifadə etmişdir. Bu il isə kredit alan köçkün fermerlərin sayı 652 nəfərə çatmışdır. Onlara verilmiş kreditlərin məbləği 1 milyon manat olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]