Bu il ABŞ-ın sutkalıq neft istehsalı 11 milyon barrel olacaq
Bakı, 10 fevral, AZƏRTAC
Birləşmiş Ştatların 2021-ci il üzrə gündəlik xam neft hasilatına dair proqnoz aşağı salınıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə Birləşmiş Ştatların neft istehsalının sutkada 11 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 11,1 milyon barrel idi.
2022-ci ildə isə Birləşmiş Ştatların sutkalıq neft hasilatının 11 milyon 530 min barrelə yüksələcəyi gözlənilir. Ötənaykı proqnoz 11,49 milyon barrel idi.
Qeyd edək ki, keçən il ABŞ-da gündəlik neft hasilatı 11 milyon 290 min barrel təşkil edib.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]