Bu il Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 822,6 milyon ABŞ dolları, yanvarda isə 789,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında idxalın dəyəri 1 milyard 611,9 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]