Bu il Göygöl rayonuna gələn turistlərin sayı xeyli artmışdır
Göygöl, 20 sentyabr (AZƏRTAC). Bu il Göygöl rayonuna gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min nəfərədək artmışdır.
Bu barədə AZƏRTAC-a rayon mədəniyyət və turizm şöbəsindən məlumat vermişlər. Məlumatda bildirilir ki, cari ilin 8 ayı ərzində rayona 15 minə yaxın turist gəlmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Rayona gələn xarici turistlər arasında almanlar çoxluq təşkil edirlər. Bunun əsas səbəbi vaxtilə onların ata-babalarının rayonun ərazisində məskunlaşmaları ilə bağlıdır.
Rayona turist axınının artmasının digər səbəbi Göygöldə tarixi abidələrin və istirahət mərkəzlərinin çox olmasıdır. Ötən il rayon ərazisində mövcud olan 31 yerli və respublika əhəmiyyətli tarixi abidələrin, eləcə də turizm obyektlərinin marşrutları hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdirilmişdir. Bu addım Göygöldə dincəlmək istəyənlərin sayının artmasına müsbət təsir göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]