Bu il Naxçıvanda fermerlərə 246 min manatdan çox heyvandarlıq subsidiyası ödənilib
Naxçıvan, 21 avqust, AZƏRTAC
Naxçıvanda damazlıq heyvanların yetişdirilməsi istiqamətində işlər həyata keçiriləcək. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu barədə Şahbuz rayonunun Badamlı kəndində fermerlərlə keçirilən görüşdə deyilib. Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. Müsbət hal kimi 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edilməsi vurğulanıb.
Qeyd edilib ki, bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub. Bu sahədə fəaliyyət göstərən 1973 fermerə ümumilikdə 246 min 300 manat məbləğində dövlət subsidiyası verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]