Bu il Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 46 lisenziya verilib
Naxçıvan, 17 iyul, AZƏRTAC
Cari ilin 6 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Ordubad rayonunda keçirilən mətbuat konfransında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini qeyd edib ki, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.
Qeyd edək ki, hazırda Ordubad rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bu ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirilir. Konfransda muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov hesabat xarakterli çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:20]
Qədim şəhərin sirli divarları: Narınqalaya səyahət VİDEO
- 14.05.2026 [10:22]
GDU-da tələbələrin innovativ mövzularda elmi təqdimatları dinlənilib
- 14.05.2026 [10:22]
Xankəndidə sərgi: “Qarabağın izi – sənətdə yaşayan dəyərlər”
- 13.05.2026 [21:22]
Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani elmi konfransı
- 13.05.2026 [18:50]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 13.05.2026 [18:07]
Şərur rayonuna dolu yağıb VİDEO
- 13.05.2026 [17:58]
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama
- 13.05.2026 [17:57]
Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]