BU İLİN ALTI AYINDA İRANDAN AZƏRBAYCANA 150 MİNƏ YAXIN TURİST GƏLMİŞDİR
Bakı, 8 iyul (AZƏRTAC). Cari ilin birinci yarısında Azərbaycana İrandan 150 minə yaxın turist gəlmişdir.
Bu barədə AZƏRTAC-a məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, cari ildə ölkəmizdə beynəlxalq səviyyədə qeyd edilən Novruz bayramı günlərində iranlı turistlərin Azərbaycana axını xüsusilə intensiv olmuşdur. Ölkəmiz İran ilə turizm sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. Qonşu ölkədən turistlərin Azərbaycana gəlməsi, burada maraqlı və mənalı istirahət etməsi bizim üçün çox vacibdir.
Nazir vurğulamışdır ki, İranın da gözəl, görməli yerləri vardır. Bu səbəbdən də hər il Azərbaycandan İrana xeyli sayda turist gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]