Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 29-da səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]