Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Büdcə istifadəçilərinin ciddi maliyyə intizamı indiki həssas dövrdə xüsusi əhəmiyyət daşıyır VİDEO

Oğuz, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov fevralın 6-da Oğuz rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, yerli icra strukturları, bələdiyyə və hüquq mühafizə orqanları rəhbərlərinin, ziyalıların, iş adamları və sahibkarların iştirak etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq, son illər rayonda görülən işlər barədə məlumat verib.

Görüşdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2015-ci ildə dünyada çox müxtəlif siyasi-iqtisadi kataklizmlərin baş verdiyini, maliyyə bazarlarında qeyri-sabit vəziyyətin hökm sürdüyünü, hərbi risklərin və təhlükələrin artdığını, bununla yanaşı, yeni çağırışlar və tələblərin formalaşdığını diqqətə çatdırıb.

Hesablama Palatasının sədri deyib ki, dövlətimizin başçısı müasir dövr üçün prioritetləri müəyyənləşdirib və ölkənin yeni inkişaf strategiyasını təqdim edib. Eyni zamanda, Prezident İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda panel iclaslarda iqtisadi proseslərin geosiyasi mənbəyi barədə öz mövqeyini açıq şəkildə bildirib.

“2015-ci ilin yekunlarının geniş təhlili göstərir ki, qlobal səviyyədə heç bir iqtisadi prinsiplərə əsaslanmayan proseslər getməkdədir və son ildə xam neftin dünya bazar qiymətinin dəfələrlə aşağı düşməsi yalnız siyasi ambisiyaların və cərəyanların nəticəsidir. Təbii ki, dünyada gedən neft mübarizələri, nüfuz savaşları, neftin qiymətinin kəskin ucuzlaşması ölkəmizin gəlirlərinə mənfi təsir göstərib. Bu isə son nəticədə büdcə daxilolmaları ilə yanaşı, ölkənin tədiyyə balansına, milli valyutası olan manata təsirsiz qala bilməzdi”, - deyə V.Gülməmmədov vurğulayıb.

Hesablama Palatasının sədri bildirib ki, dünyada baş verən mürəkkəb geosiyasi proseslərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, xüsusilə əhalinin sosial vəziyyətində bunu hiss etdirməmək, məşğulluğun qorunmasını və artırılmasını təmin etmək istiqamətində zəruri tədbirlərin görülməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasətin strateji xəttini təşkil edir. Proqnozlaşdırılması çətin olan belə bir dövrdə istər daxili, istərsə də xarici siyasət kursunda çevik addımlar atılıb, xarici təsirlərdən və manatın məzənnəsinin ucuzlaşmasından əhalinin müdafiəsi üçün cəmiyyətin gözlədiyi qərarlar verilib. Dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlarla maaşlar, pensiya, müavinət və təqaüdlər artırılıb və bu istiqamətdə tədbirlər davam etdiriləcək. Hazırda ölkə əhalisinin sosial rifahını gücləndirmək və davamlı iqtisadi inkişafı təmin etmək, məşğulluğu artırmaq və iqtisadi sistemin qeyri-neft sektorunun dominantlıq etdiyi çoxşaxəli fəaliyyətini stimullaşdırmaq qarşıya əsas məqsədlərdən biri kimi qoyulub.

Diqqətə çatdırılıb ki, bu strategiyanın icrası olaraq Prezident İlham Əliyev tərəfindən Azərbaycan iqtisadiyyatında yeni mərhələyə keçid konsepsiyası irəli sürülüb. Həmin konsepsiyanın əsasını daxili resurslardan tam istifadə etməklə regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması, idxalı əvəzləyən yerli istehsalın təşkili, ixrac potensialının möhkəmləndirilməsi, rəqabət mühitinin təmin olunması, süni qiymət artımının qarşısının qətiyyətlə alınması, bank sektorunda islahatların aparılması və maliyyə intizamının gücləndirilməsi təşkil edir. Bu istiqamətlərə uyğun olaraq, dövlətimizin başçısı investisiyaların təşviqi və geniş özəlləşdirmə proqramının icrası ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirib, hər rayonda sənaye məhəllələrinin yaradılmasına dair tapşırıq verib.

Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardan birinin sahibkarlığın inkişafına daha əlverişli şərait yaratmaq olduğunu bildirən Hesablama Palatasının sədri deyib ki, bu istiqamətdə mühüm işlər görülür, yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir. Regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması məqsədilə bir çox addımlar atılıb. Güzəştlərin tətbiq olunması, lüzumsuz yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi, investisiyaların təşviqi bu qəbildəndir. Hazırda kənd təsərrüfatı istehsalçılarına maliyyə dəstəyi mexanizmi üzərində iş aparılır. 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılaraq, cari ildə Sahibkarlığa Kömək Milli Fonduna əlavə 70 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Fondun xətti ilə son 5 ildə Oğuz rayonunda fəaliyyət göstərən 75 sahibkarlıq subyektinə 6 milyon 403 min manat güzəştli kredit verildiyini, bunun nəticəsində 185 yeni iş yeri yaradıldığını xatırladan V.Gülməmmədov bildirib ki, rayonda iqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərrüfatının, emal sahəsinin, xüsusilə turizm sektorunun daha sürətlə inkişaf etdirilməsi üçün hər cür şərait mövcuddur. Əgər mövcud potensialdan səmərəli istifadə olunarsa, istifadəsiz qalmış münbit torpaqlar əkin dövriyyəsinə cəlb edilərsə, rayona dövlət büdcəsindən ayrılan dotasiya əhəmiyyətli şəkildə azalar.

Vüqar Gülməmmədov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən digər əsas istiqamət antiböhran və struktur dəyişiklikləri tədbirləri, dövlətin gəlir və xərclər sisteminə yeni yanaşmadır. Gömrük və vergi sferasında şəffaflığın artırılması, xərclərin optimallaşdırılması, qeyri-səmərəli xərclərdən imtina olunması, büdcə istifadəçilərinin ciddi maliyyə intizamına riayət edilməsi indiki həssas dövrdə xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin daha bir tapşırığı dövlət büdcəsi vəsaitlərinin icrası zamanı israfçılığa yol verilməməsi ilə bağlıdır. Bu barədə danışan Palata sədri bildirib ki, vəsaitlərin səmərəli istifadəsi hər bir dövlət məmurunun fəaliyyətinin əsasını təşkil etməlidir.

Məmur-vətəndaş münasibətlərinə toxunan V.Gülməmmədov dövlətimizin başçısının bununla bağlı tapşırığını xatırladıb: “Dövlət məmuru xalqla bir yerdə olmalıdır. Dövlət məmuru təvazökar olmalı, yekəxanalıq etməməlidir. İnsanların problemləri ilə daim məşğul olmalı, qayğı göstərməlidir. Bu münasibətlər sağlam olmalıdır.”

Çıxışının sonunda Hesablama Palatasının sədri V.Gülməmmədov əsrarəngiz təbiətə, işgüzar insanlara, münbit torpaqlara, xammal ehtiyatlarına və müasir infrastruktura malik Oğuz rayonunda bu zəngin potensialdan tam istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla icra ediləcəyinə əminliyini bildirib.

Görüşdə çıxış edən sahibkarlar Vaqif Kərimov, Əmir Əliyev, Xəqani Xudiyev və başqaları rayon iqtisadiyyatının inkişafı ilə bağlı təkliflər irəli sürüb, regionların sosial-iqtisadi inkişafına, iş adamlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Büdcə istifadəçilərinin ciddi maliyyə intizamı indiki həssas dövrdə xüsusi əhəmiyyət daşıyır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə