Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bum-bum” fiaskosu və ya Düsseldorfda erməni “sabun qovuğu” necə partladı

Bakı, 12 may (AZƏRTAC). Artıq iki əsrə yaxındır ki, biz, azərbaycanlılar daim növbəti “sürprizlər” gözləyirik - görəsən, ermənilər bizim tariximizin, mədəniyyətimizin, ənənələrimizin bir hissəsini yenidən oğurlamayıblar ki? Namərd qonşularımız müstəqillik əldən edəndən və ölkəmizə qarşı təcavüzə başlayandan sonra isə onların iştahası yenidən güclənmişdi. Artıq SSRİ deyilən dövlət yoxdur, yoxsa bəstəkar Xaçaturyana deyə bilərdilər: “Aram, sənin “Ənzəli” əsərini Üzeyir Hacıbəyli hələ əsrin əvvəlində “macal tapıb” yazmışdı”. “Ellər atası” İosif Vissarionoviç də çoxdan ölmüşdür. Düzdür, o, azərbaycanlılara o qədər də güclü rəğbət bəsləmirdi, lakin “Arşın mal alan” operettasına baxandan sonra deyə bilərdi: “Bu mövzuda filmi bir az tez çəkin, yoxsa amerikalı ermənilər “Arşın mal alan” adlı “erməni filmi” çəkməyə hazırlaşırlar”. Təəssüf ki, bu cür misalları saymaqla qurtarmaz. Əgər ermənilərin başqa xalqlardan, xüsusən türkdilli xalqlardan oğurladıqlarını bir kitab halında toplamaq istəsək, sizi inandırıram, bu nəşrin həcmi kiçik, böyük, çox böyük, dağlıq, aran və hər hansı başqa ermənistanlıların küll halında götürülmüş bütün tarixindən daha sanballı olardı.

Biz azərbaycanlılar, elə Qafqazın digər xalqları da çoxdan yəqin etmişik: günlərin bir günü yuxudan ayılıb görə bilərik ki, gürcü məbədi sanki sehirli çubuğun təsiri ilə dönüb “qədim” erməni kilsəsinə, Azərbaycan ərazisində yerləşən qədim alban ziyarətgahı ermənilərin çox qədim ibadətgahına çevrilmiş, orada əslində heç vaxt mövcud olmamış bir dövlətin hansısa mifik erməni hökmdarını xaç suyuna salmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə xatırlatmışdır ki, ermənilər ilk hayların Azərbaycan torpaqlarına köçürülməsinin 150 illiyi şərəfinə keçmiş Mardakert rayonunda abidə qoymuşdular. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda ermənilərin ilk növbədə nə etdiklərini bilirsinizmi? Elə bilirsiniz, onlar azərbaycanlıları tarixi yurdlarından köçürməyə, mitinqlər keçirməyə, öz himayədarları Qorbaçova məktublar yazmağa başladılar? Xeyr, səhv edirsiniz, onlar həmin abidənin üzərindəki yazını pozaraq bu torpaqda avtoxton millət olmadıqlarının sübutlarını məhv etdilər.

Qafqazda çox adam bilir ki, dünya tarixi və Ermənistan tarixi barədə hər erməninin öz fikri vardır. Mənim bir dostum vardı, sovet dövründə öz kabinetində təmir aparırdı. Həmin illərdə bu cür işləri əsasən ermənilər görürdü. Bu erməni usta kabineti rəngləmək üçün boyaları qarışdıran arada Azərbaycanın tarixi və coğrafiyası haqqında mühazirələr oxuyurdu. Əslən Xaçmaz rayonundan olan mənim dostum həmin mühazirələrdən sonra xəbər tutmuşdu ki, sən demə, Xaçmaz qədim erməni şəhəri imiş. Başabəla erməni tarixçisinin fikrincə, bu faktın təkzibedilməzliyi çox sadə idi: xaç məlumdur, maz isə erməni dilində tük deməkdir. Mənim hazırcavab dostum nədənsə elə hesab edirdi ki, “Mozambik” sözünün birinci sait hərfi “a”dır. Buna görə o, tarixçi rəngsaza bircə sual vermişdi: belə çıxır ki, Mozambik də erməni yurdudur. Bir aydan sonra həmin rəngsaz qızışaraq söyləyirdi ki, bu Afrika ölkəsi də hayların qədim torpağıdır.

SSRİ dağılandan sonra 14 xalq tarixən onlara məxsus olmuş torpaqlarda özlərinin müstəqil dövlətlərini yaradanda 15-ci ölkə Ermənistan oldu. Bu ölkə əzəli Azərbaycan torpağında yaradılmışdı. İmperiyadan ayrılmış bütün başqa xalqlar öz dövlətlərini demək olar ki, sıfırdan başlayaraq qurduqları halda, ermənilər həmin vaxtda özlərinin “dənizdən-dənizə” dövlətini yaratmaq xülyasına düşdülər. Bunun nə ilə nəticələnməsi isə göz qabağındadır. Ermənilərin ərazi iddiaları irəli sürdükləri qonşular artıq çoxdan onları bütün sahələrdə geridə qoymuşlar. Artıq 20 ildir ki, azərbaycanlılar müxtəlif yarışlarda, sərgilərdə, konfranslarda, forumlarda iştirak edərkən ermənilərdən növbəti provokasiyalar gözləyirlər. Ermənilər gah Azərbaycan xalçalarını öz xalçaları kimi sərgiyə qoyur, gah bizim xörəklərimizi erməni milli xörəkləri kimi qələmə verir, gah da bizim mahnıları oxuyur və onlara xas olan həyasızlıqla həmin əsərlərin türk adlarını saxlayırlar.

Əslində bu həqiqətlər hamıya məlumdur. Bəs, məni bunları bir daha təkrarlamağa və bu barədə yazmağa sövq edən nə olmuşdur? Mənim fikrimcə, mayın 10-da tarixi hadisə baş vermişdir - ermənilər özlərini “sürümüşlər”.

Bu hadisə Düsseldorfda, Eurovision müsabiqəsinin birinci yarımfinalında baş verdi. Həmin gün Ermənistanı təmsil edən iştirakçı bu nüfuzlu mahnı festivalının final mərhələsinə keçə bilmədi. Öz diasporunun sıx birləşməsindən dəm vuraraq həmişə lovğalanan xain qonşularımız bu dəfə Avropada öz soydaşlarından şapalaq aldılar. Yəqin ki, ermənilər arasında da sağlam düşüncəli adamlar yaranmışdır. Görünür, bu millətçi paranoiklərin “düdüyü” altında oynamaq onları artıq bezdirmişdir. Avropa ölkələrində yaşayan bu insanlar ermənilərin mahnısına “bum-bum, çaka-çaka” sözlərindən ibarət nəqərat oxumaqla səs verəcəklərini vəd edərkən görəsən nəyi əsas götürürdülər. Yəqin ki, onlar bunun əvəzinə öz uşaqlarına sabun qovuqlu “Bum-Bum” oyun dəsti almağı üstün tutmuşlar. Bəlkə də onlar artıq başa düşmüşlər ki, Ermənistanın “sabun qovuğuna” səs verməkdənsə, balaca uşağı bir hədiyyə ilə sevindirmək yaxşıdır.

Lakin mən qəti əminəm ki, ermənilərin bu festivalda üzüqara olmalarının həqiqi səbəbi başqadır. Bu səbəb Prezident İlham Əliyevin və onun komandasının gərgin, məqsədyönlü, ölkənin gələcəyinə istiqamətlənmiş işidir. Bu, haqq işidir, Azərbaycan xalqının firavanlığına yönəlmiş strategiyadır. Biz heç kəsdən heç nə oğurlamadan öz dövlətçiliyimizi qururuq, başqalarına ziyan vurmadan öz ölkəmizlə fəxr edirik.

Bu hadisənin məhz mayın 10-da - ümummilli lider Heydər Əliyevin doğum günündə baş verməsi də dərin rəmzi məna daşıyır.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb