BURAXILIŞ İMTAHANLARI MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA APARILACAQ
Sənəddə 2005-2006-cı dərs ilində İmişli və Bakının Xətai rayonlarında orta təhsil kursu üzrə buraxılış imtahanlarının çoxvariantlı testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılması, nəticələrin xüsusi proseduralar və texniki vasitələr tətbiq olunmaqla, nazirlikdə qiymətləndirilməsi nəzərdə tutulmuşdur.
İmtahanların ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya və xarici dil fənləri üzrə keçirilməsi, imtahan materiallarının və qiymətləndirmə vasitələrinin (suallar, çoxvariantlı testlər, təlimatlar və s.) hazırlanması, imtahanların təşkili və əlaqələndirilməsi üçün rəhbərlərin, nəzarətçilərin seçilməsi, onların hazırlanması ilə bağlı nazirliyin müvafiq şöbələrinə tapşırıqlar da verilmişdir.
Sənəddə qeyd olunmuşdur ki, nazirliyin müvafiq şöbələri imtahanların aparılması və qiymətləndirmə məsələləri ilə bağlı həyata keçiriləcək tədbirlərin adı çəkilən rayonlarda təşkili, icrası və əlaqələndirilməsi üçün lazımi təcrübəyə malik səriştəli, məsul şəxs müəyyənləşdirməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]