“Business Sweden” COP29 ilə bağlı Azərbaycanla əməkdaşlığa açıqdır
Stokholm, 19 mart, Nərgiz Cəfərli, AZƏRTAC
Martın 18-də Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovun İsveçin Ticarət və Sərmayə Şurasının (Business Sweden) COP üzrə meneceri Andre Hedberq və departament rəisi Aslı Sunqur ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı həmsöhbətlər “Business Sweden”in COP29 ilə bağlı Azərbaycanla əməkdaşlığa, bu kontekstdə 2 ölkə arasında əlaqələrə təkan verəcək təşəbbüs və təkliflərə açıq olduğunu bildiriblər.
Qarşıdakı dövrdə səfirlik və Azərbaycanın digər müvafiq dövlət qurumları ilə “Business Sweden” arasında COP29 ilə əlaqədar təmasların davam etdirilməsi razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [06:25]
Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb
- 26.09.2026 [15:42]