Canni İnfantino özəl investorlarla bağlı planından vaz keçib
Bakı, 1 avqust, AZƏRTAC
FİFA prezidenti Canni İnfantino geniş etirazlardan sonra idarəedici qurumun yarışmalarındakı payları özəl investorlara satmaq barədə mübahisəli planı ləğv etdiyini bildirib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bildirib ki, layihənin “bölünmələr yaratdığı” və onun ilkin məqsədinin “artıq aktuallığını itirdiyi” aydın şəkildə üzə çıxıb. O, nəticədə, bu təklifin artıq irəliləməyəcəyini qeyd edib.
İnfantino FIFA-nın 211 üzv assosiasiyasına - kişilər və qadınlar arasında dünya çempionatları da daxil olmaqla - özəl investisiya təklifini dəstəkləyəcəkləri təqdirdə, 40 milyon dollar məbləğində maliyyə vəsaiti təklif etmişdi. Lakin Avropa futboluna nəzarət edən UEFA bu planları həyata keçəcəyi təqdirdə dünya çempionatlarını boykot edəcəyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]