Cari ildə Yevlaxda 36 hektar yeni meşə zolağı salınmışdır
Yevlax, 18 iyun (AZƏRTAC). Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Yevlax Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yaz mövsümündə rayonun Kürboyu ərazilərində 36 hektar sahədə tut, göyrüş, akasiya, iydə və digər ağac cinslərindən ibarət yeni meşələr salınmışdır. Kökləndirmək üçün 0,5 hektar sahədə 20 min ədəd qələm basdırılmış, 0,55 hektarda (20 min ədəd) sərv, çinar və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılmışdır. 0,5 hektar sahədə tinglik səpilmiş, 126 kiloqram toxum tədarük edilmişdir.
Payız mövsümündə növbəti meşə əkinlərinə başlanılacaqdır. İlin sonunadək daha 54 hektarda yeni meşələrin salınması, 3,5 hektarda tinglik səpilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]