Cari mövsümdə “Sumqayıt” futbol klubunun ev oyunlarını 8 minədək azarkeş izləyib
Sumqayıt, 5 dekabr, AZƏRTAC
“Sumqayıt” futbol klubunun Topaz Premyer Liqasının 2017-2018-ci il mövsümündə keçirdiyi ev oyunlarını stadiondan ümumilikdə 7952 azarkeş izləyib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Sumqayıt” çempionatın geridə qalan ilk iki dövrəsi ərzində keçirilən 14 turda 6 qələbə, 2 heç-heçəyə nail olub. Komanda altı görüşdə məğlubiyyətə uğrayıb. Hazırda sumqayıtlılar 20 xalla çempionatda dördüncü pillədə yer alıblar.
“Sumqayıt” ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu matçları da ümumilikdə 7952 azarkeş tribunalardan izləyib. Azarkeşlər daha çox “Sumqayıt”-“Neftçi” oyununa maraq göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [14:44]
“Milli ruhun səsi” Gəncədə səslənib
- 18.09.2026 [13:59]
İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub
- 18.09.2026 [12:10]