Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Caspian Oil and Gas 2013” – Azərbaycanın neft strategiyasının uğurlarının təntənəsi

Bakı, 8 iyun (AZƏRTAC). İyunun 4-də Bakı Ekspo Mərkəzində açılan və bu il 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft və qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri kimi yadda qaldı.

Öz işini iyunun 7-də yekunlaşdırmış və Azərbaycanın iqtisadiyyat, elm və texnika sahələrində ən yaxşı nailiyyətlərini nümayiş etdirmiş “Caspian Oil and Gas-2013” sərgisi haqlı olaraq regionun aparıcı tədbiri hesab olunur. Dünyanın 27 ölkəsindən 386 şirkəti bir araya gətirən “Caspian Oil and Gas-2013” sərgisi ilə paralel olaraq 3-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi də keçirilmişdir. Hər iki sərginin təşkilatçıları isə həmişə olduğu kimi, “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri olmuşdur.

Şərqlə Qərbi birləşdirən enerji dəhlizi boyu neft-qaz və nəqliyyat-kommunikasiya üzrə beynəlxalq layihələrin həyata keçirilməsində müstəsna rol oynayan ölkəmiz strateji əməkdaşlıq, beynəlxalq inteqrasiya və enerji təhlükəsizliyinin real qarantıdır. Bu gün haqlı olaraq “Caspian Oil and Gas” sərgisi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab olunur. Əminliklə demək olar ki, 20 illik bir müddəti arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaqdır.

Sərginin təntənəli açılış mərasimində geniş nitqlə çıxış edən Prezident İlham Əliyev ötən 20 ildə Azərbaycanın qazandığı uğurları sadalayaraq demişdir ki: “Bu gün Xəzər neft-qaz sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir. İyirmi il ərzində bu sərgi hər il daha da çox şirkəti cəlb etmişdir. Builki sərgidə 400-ə yaxın şirkət iştirak edir. Yəni, bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, 20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə onun əhəmiyyəti daha da artmışdır”.

Bütün bu illər ərzində sərgi ölkəmizin enerji məhsulları sahəsində uğurlarını müvəffəqiyyətlə əks etdirmişdir. Sərginin inkişaf tarixi əsası 20 il əvvəl məşhur “Əsrin müqaviləsi” sayəsində əsası qoyulmuş Azərbaycanın neft strategiyası ilə bağlıdır. Bu gün Azərbaycan dünyada “qara qızıl” diyarı və qaz ölkəsi kimi tanınır, “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və digər bu kimi beynəlxalq layihələr isə qlobal iqtisadi əməkdaşlığın və Avropada enerji təhlükəsizliyinin təmin olunması üçün göstərilən səylərin rəmzinə çevrilmişdir. Bu baxımdan “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan və Xəzər regionundan mavi qazın Mərkəzi Avropaya nəqli üçün nəzərdə tutulmuş TANAP (Trans-Anadolu qaz kəməri) layihəsi də xüsusi mövqeyə malikdir. Dövlətimizin başçısı həmçinin qeyd etmişdir ki, bu layihələrin icrası üçün bütün maraqlı tərəflər balanslaşdırılmış mövqe nümayiş etdirməlidirlər. Bu mənada energetika sektoru ilə yanaşı, qeyri-neft sektorunun da nailiyyətlərini nümayiş etdirən ixtisaslaşdırılmış sərgilər əməkdaşlıq meydanına çevrilir.

Sərginin açılışında ABŞ Prezidenti Barak Obamanın, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun təbrik məktubları da bu mötəbər tədbirə göstərilən beynəlxalq marağın ifadəsidir.

Ötən müddətdə sərgidə 70-dən çox ölkədən 5 min 600-dək şirkət iştirak etmişdir. Tədbir Bakı Ekspo Mərkəzinin 3 pavilyonu ilə yanaşı, açıq meydançanı da əhatə etmişdir. Ötən illə müqayisədə sərginin meydançasının sahəsi 22 faiz artmışdır. Bu tədbirdə ölkəmizin şirkətləri də ildən-ilə daha geniş təmsil olunur. Təsadüfi deyildir ki, cari sərgidə iştirakçıların 30 faizini yerli iqtisadi qurumlar təşkil etmişdir. Əvvəlki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz artmışdır. Sərgi iştirakçılarından 20 faizi isə bu tədbirə ilk dəfə qatılmışdır.

Sərgidə güclü transformatorlar, müxtəlif kabel məhsulları, hava elektrik xətləri üçün naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlar, elektrik enerjisinin texniki və kommersiya uçotu üçün avtomatlaşdırılmış sistemlər, mikroprosessor qurğuları və bir sıra digər məhsullar təqdim olunmuşdur. bp şirkəti və onun tərəfdaşlarının “Alıcılarla tanış olun” şüarı altında keçirdikləri tədbir də ziyarətçilərdə xüsusi maraq doğurmuşdur. Bu tədbirdə 90-a yaxın şirkət istismar təminatı, mühəndis-texniki işləri, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində öz nailiyyətlərini nümayiş etdirmişlər.

Sərgi və konfrans iştirakçılarının siyahısında bazarın ən böyük iştirakçıları, dünyanın neft və energetika sektorunun liderləri yer almışlar. Bu sərgidə müasir neft hasilatı və neft emalının ən müxtəlif sahələrinin inkişafı üçün nəhəng imkan və perspektivlər təqdim olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), “bp-Azerbaijan”, OMV, “Total”, TPAO, “Statoil”, “Petkim”, RWE və bir çox digər şirkətlərin də yer aldığı sərgidə Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya öz milli qrupları ilə təmsil olunmuşdur.

Sərgi çərçivəsində keçirilən “Caspian Oil and Gas-2013” konfransı da iştirakçılarda böyük maraq doğurmuşdur. Dünyanın müxtəlif ölkələrindən 500-dən artıq iştirakçının qatıldığı konfransda aparıcı neft-qaz mütəxəssisləri və geniş ticarət missiyaları ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradılmışdır.

Konfransın sessiyalarında Avropa, MDB və Asiya ölkələrində qaz bazarlarının dinamikası və onun Xəzər regionuna təsirindən, Azərbaycanın neft-qaz sənayesinin sabit inkişafından, “Şərq-Qərb enerji dəhlizi”ndə Türkiyənin rolundan və TANAP layihəsindən, TAP-ın Trans-Anadolu Qaz kəməri Xəzər qazının Cənub-Şərqi və Qərbi Avropanın əsas bazarlarına tədarükündəki mövqeyindən, “Nabukko Qərb”in yeni biznes planının üstünlüklərindən və s. danışılmış, maraqlı fikir mübadilələri aparılmışdır.

Bakı Ekspo Mərkəzində “Caspian Oil and Gas-2013” sərgisi ilə paralel olaraq “Caspian Power-2013” sərgisi də keçirilmişdir. Bu sərgi energetika sənayesi üçün innovasiyalı texnologiya və avadanlıqlar, habelə enerjiyə qənaət sahəsində elmi-texniki təkmilləşdirmələr təqdim edən şirkətləri bir araya gətirmişdir. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, sərgidə, həmçinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər də öz məhsullarını təqdim etmişlər. STP - Sumqayıt Texnologiyalar Parkı (Azərbaycan), “GOKNUR Bakı” MMC (Azərbaycan), “Schneider Electric” (Türkiyə) və “Wartsila” (Finlandiya) sərgiyə öz stendləri ilə qatılmışlar. İştirakçıların 20 faizini debütantlar təşkil etmişdir ki, onların da arasında “Enerqomera Elektrotexniki zavodlar” QSC (Rusiya), “Cink Hydro-Energy” (Çex Respublikası) və s. kimi şirkətlər vardır.

Əminliklə demək olar ki, “Caspian Oil and Gas-2013” sərgi və konfransı, həmçinin “Caspian Power-2013” sərgisi ölkənin və bölgənin energetika sektorunda bütün müsbət inkişaf meyllərini təşviq edəcək, beynəlxalq əlaqələrin genişlənməsinə, Azərbaycanın neft və qaz sektoruna investisiya yatırımlarının artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb