Cavid Çələbiyev boks yarışlarının yarımfinalına yüksəlib
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisinin üzvü Cavid Çələbiyev Bakıda təşkil olunan yarışda ilk sınağına çıxıb.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz türkiyəli Hakan Doğanı 5:0 hesabı ilə məğlub edib.
Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır.
Cavid Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəy ilə döyüşəcək.