REGİONLAR
Cəbrayıl rayonunun Çapand kəndi
Bakı, 28 avqust, AZƏRTAC
Cəbrayıl rayonunun Çapand kəndi düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Çapand kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 2-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çapand kəndinin görüntülərini təqdim edir.