REGİONLAR
Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi
Bakı, 11 sentyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Cəbrayıl şəhərinin cənub-qərbində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Hacı İsaqlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Kənd Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 19-da işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Hacı İsaqlı kəndinin görüntülərini təqdim edir.