Cəbrayıl rayonunun Mehdili kəndi
Bakı, 14 avqust, AZƏRTAC
Cəbrayıl rayonunun Mehdili kəndi Araz çayının sahilində yerləşir.
Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, üzümçülük və baramaçılıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mehdili kəndinin görüntülərini təqdim edir.