Cəbrayıl rayonunun Niyazqulular kəndi
Bakı, 2 dekabr, AZƏRTAC
Cəbrayıl rayonunun Niyazqulular kəndi düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Niyazqulular kəndi Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 19-da işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.