Cəbrayıl rayonunun Nüzgar kəndi
Bakı, 26 noyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Nüzgar kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Nüzgar kəndi Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il sentyabrın 27-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.