Cəbrayıl rayonunun Qışlaq kəndi FOTO
Bakı, 8 dekabr, AZƏRTAC
Cəbrayıl rayonunun Qışlaq kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qışlaq kəndinin görüntülərini təqdim edir.