Cəbrayıl rayonunun Sədi kəndi
Bakı, 6 noyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Sədi kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə Sədi kəndini viran qoyaraq xarabalığa çeviriblər.
Sədi kəndi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.