REGİONLAR
Cəbrayıl rayonunun Tinli kəndi
Bakı, 4 sentyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Tinli kəndi Şahvəlli inzibati ərazi vahidində düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Tinli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Tinli kəndinin görüntülərini təqdim edir.