Cəbrayıl sakini: Hisslərim bir-birinə qarışıb
Bakı, 26 sentyabr, AZƏRTAC
“Biz oradan çıxanda uşaqlarımız körpə, özümüz cavan idik. Ən gözəl günlərimiz Cəbrayılda keçib, ən xoş xatirələrimiz orada olub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Tünzalə Bəhrəmova söyləyib.
Xoş xatirələrinin orada keçdiyini diqqətə çatdıran Cəbrayıl sakini 30 illik arzularının gerçəkləşdiyini bildirib.
“Çox yaxınımızı itirmişik bu 30 ildə. İstəyərdim ki, onlar da burada olardı, bizimlə gedərdi. Hisslərim - sevincim, kədərim bir-birinə qarışıb. Heç fikirlərimi tam ifadə edə bilmirəm. Çox həyəcanlıyam, gözləntilərim çoxdur. Atamın, yaxınlarımın qəbirini ziyarət etmək istəyirəm. Dağlara çıxıb qışqırmaq istəyirəm, bəlkə yatan ruhlar oyana”,- deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:25]