Cəlal Qasımov: Növbəti 5 ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır
Bakı, 29 sentyabr, AZƏRTAC
“PAŞA Holdinq” növbəti beş il ərzində regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holdinq”in icraçı direktoru Cəlal Qasımov “INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, İnnovasiya Sammiti Mərkəzi Avrasiya və onun hüdudlarından kənarda olan sahibkarları, investorları və liderləri birləşdirən hərəkatdır.
“Gələcək beş ilə baxsaq, bizim missiyamız aydın olur - ideyaları oyatmaq, əlaqələr qurmaq və regionda innovasiyaların gələcəyini formalaşdırmaq. Səmərəlilik bizim potensialın təzahürüdür. Bizim potensialımız möhtəşəmdir”, - deyə Cəlal Qasımov vurğulayıb.
İcraçı direktorun sözlərinə görə, innovasiya sərhəd tanımır və ən güclü innovasiya tədrisdən başlayır: “Son bir il ərzində biz "InMerge" İnnovasiya Sammitinin əhatə dairəsini Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistanda genişləndirdik və sərhədləri aşan innovasiya ekosistemi yaratmaq üçün öhdəliyimizi nümayiş etdirdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]