Cəlilabadda ümumxalq hüzn günü ilə əlaqədar mərasim keçirilmişdir
Cəlilabad, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında Qanlı 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abədənin önünə gül dəstələri düzmüş, istiqlal mücahidlərinin xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsinin olduğunu vurğulamış, xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən daim qayğı göstərildiyini diqqətə çatdırmışdır.
Tədbir Cəlilabad şəhərindəki “Tut bağı” istirahət mərkəzində davam etmişdir. Burada 20 Yanvar şəhidlərinin şərəfinə ehsanlar verilmiş, şəhid ailələrinə, əlillərə və müharibə iştirakçılarına maddi yardımlar edilmişdir.
Rayonun bədii ozfəaliyyət kollektivlərinin ifasında Qanlı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [19:06]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [19:05]