“CƏNG YERİMSƏN, QARABAĞ” MÖVZUSUNDA FİLM FESTİVALININ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də “Nizami” kinoteatrında festivalın açılış mərasimi keçirilmişdir. Festivalı Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov açaraq tədbirin əhəmiyyətindən danışmışdır. O, Qarabağ mövzusunda filmlərin lentə alınmasında yaxından kömək göstərdiyinə görə Müdafiə Nazirliyinə minnətdarlığını bildirmişdir.
Müdafiə Nazirliyinin tərbiyə işləri idarəsinin rəisi, polkovnik Vahid Məmmədov gənclərin vətənpərvərlik tərbiyəsində Qarabağ mövzusunda çəkilmiş flimlərin əvəzsiz rolundan danışmışdır. Gələcəkdə belə filmlərin çəkilməsinin vacibliyindən söz açmışdır.
Festival oktyabrın 7-dən Müdafiə Nazirliyinin hərbi hissələrində davam etdiriləcəkdir.
Mərasimdə Müdafiə Nazirliyi rəqs ansamblı maraqlı proqramla çıxış etmişdir.
Axırda “Fəryad” filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]