Cənub bölgəsində elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb
Lənkəran, 9 yanvar, İlkin Adıyev, AZƏRTAC
Hazırda digər bölgələrimizdə olduğu kimi, cənub bölgəsində də qarlı hava şəraiti hökm sürür. Rayon mərkəzlərində qarın hündürlüyü 5-10, dağətəyi və dağlıq ərazilərdə isə 30-35 santimetrə çatır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Astarada avtomobil yollarında nəqliyyatın hərəkəti təmin olunur, yollara qum və duz qarışığı səpilir.
Rayonların Fövqəladə hallar komissiyalarından bildirilib ki, səhər saatlarında əsasən kəndlərdə elektrik enerjisinin verilişində müəyyən fasilələr yaransa da, bu problem qısa müddətdə aradan qaldırılıb. Axşam saatlarında da baş verə biləcək qəzaların tezliklə qaldırılması istiqamətində lazımi tədbirlər görülür.
Yol idarələri gücləndirilmiş iş rejiminə keçiblər. Yol polisi isə sürücülərə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
Hazırda bölgəyə qar yağmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]