CƏNUB BÖLGƏSİNƏ YAĞAN LEYSAN YAĞIŞITƏLƏFATSIZ ÖTÜŞMƏMİŞDİR
Şimal-şərq küləyi ilə müşayiət olunan və bir saat müddətində aramsız yağan leysan yağışı Yardımlı rayonunda daha şiddətli olmuşdur. Yardımlı qəsəbəsinin və rayonun 14 kəndinin sakinləri sel-sularının vurduğu ziyana məruz qalmışlar.
Qəsəbə daxilindəki əsas yolun 2 kilometr hissəsi sel-sularının gətirdiyi daş-kəsəklə örtülmüş, Masallı-Yardımlı yolunun 20 kilometrlik hissəsində dağ uçqunları avtonəqliyyatın hərəkətini dayandırmışdır.
Rayonun elektrik işıq və rabitə təsərrüfatına da xeyli ziyan dəymişdir.
Təbii fəlakət qurbansız ötüşməmişdir.
Yardımlı rayonunun Separadi kəndinin sakinləri 1956-cı il təvəllüdlü Nuriyeva Şuxanım Sərhəng qızı və 1992-ci il təvəllüdlü Nuriyeva Nuridə Mirxan qızı sel-sularının qurbanı olmuşlar.
Rayon fövqəladə hallar komissiyası leysan yağışının vurduğu ziyanı aradan qaldırmaq məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir.
Elektrik və rabitə təsərrüfatında olan nasazlıqlar aradan qaldırılmış, yollarda avtonəqliyyatın hərəkəti bərpa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]