Cənubi Koreya "AstraZeneca" şirkətinin COVID-19 əleyhinə peyvəndini təsdiqləyib
Pekin, 10 fevral, AZƏRTAC
Cənubi Koreyanın Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı COVID-19 əleyhinə peyvəndinin istifadəsini təsdiqləyib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, “AstraZeneca” peyvəndinin ölkədə vaksinasiya olunması nəzərdə tutulan bütün yaş qruplarına, o cümlədən yaşı 65-dən yuxarı olan şəxslərə vurulmasına icazə verilib. Bu, Cənubi Koreyada yeni növ koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənddir.
Bildirilir ki, Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar fevralın 26-dan başlayacaq vaksinasiya prosesində “AstraZeneca” peyvəndindən istifadə olunacaq. İlkin mərhələdə 750 min doza bu peyvənddən ölkəyə gətirilməsi nəzərdə tutulub.
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ilkin mərhələdə xüsusi risk qrupundan olan 776 min nəfərə peyvənd vurulacağını açıqlayıb.
Qeyd edək ki, Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]