Cənubi Koreya Qazaxıstanın litium yataqlarında kəşfiyyat işləri aparır
Bakı, 12 iyun, AZƏRTAC
Cənubi koreyalılar Qazaxıstanın litium yataqlarında geoloji kəşfiyyat işləri aparırlar.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin sənaye və tikinti naziri Kanat Şarlapayev məlumat yayıb.
“Cənubi Koreya Qazaxıstanın ən böyük beş investisiya tərəfdaşından biridir. Gələn il Qazaxıstanda tikilən KİA avtomobil zavodunun açılışı olacaq. Bundan əlavə Koreyanın Geologiya, Geofizika və Mineral Ehtiyatlar İnstitutu Qazaxıstanda nadir metalların - litiumun geoloji kəşfiyyatını aparır. Bununla bağlı müqavilə imzalanır. Lazımi işlər başa çatdıqdan sonra ölkədə litium istehsal edilə biləcək”, - deyə qazaxıstanlı nazir bildirib.
Nazirin sözlərinə görə, litium yataqlarında kəşfiyyat işləri Şərqi Qazaxıstan vilayətində aparılır. Bu metaldan avtomobillər üçün akkumulyatorlar istehsal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]