COP29
Cənubi Koreyanın nazir müavini: Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb
Bakı, 11 noyabr, AZƏRTAC
“COP inkişaf etməkdə olan dünyanın iqlim dəyişikliyi problemlərinin maliyyələşdirilməsi öhdəliyini yenidən nəzərdən keçirmək üçün ölkələrin bir araya gəldiyi önəmli bir platformadır”.
Bunu AZƏRTAC-a müsahibəsində Cənubi Koreyanın iqlim dəyişiklikləri üzrə nazir müavini Keeyong Chung deyib.
O qeyd edib ki, Cənubi Koreya Paris razılaşması kontekstində inkişaf etməkdə olan ölkədir: “Ancaq biz bu istiqamətdə dünya ehtiyaclarına öz töhfəmizi verməyə çalışırıq”.
Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə hazırlaşdığını bildirən nazir müavininin sözlərinə görə, COP29 tədbirində könüllülər tərəfindən səmimi qarşılanması olduqca sevindirici haldır.