CƏNUBİ QAFQAZ BORU KƏMƏRİNİN TİKİNTİSİNİN AZƏRBAYCAN HİSSƏSİ BAŞA ÇATMIŞDIR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) 442 kilometr uzunluğu olan Azərbaycan hissəsində boruların qaynaqlanıb torpağa basdırılması işləri başa çatmışdır. Hazırda sınaq işləri aparılır.
Kəmərin Türkiyə hissəsində işlərin 90 faizi, Gürcüstanda 81 faizi yerinə yetirilmişdir.
Gələn ildən istismara veriləcək bu kəmər vasitəsilə ildə 16-20 milyard kubmetr qaz nəql olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]